This is a specific ad

Baş nazir: “2012-ci ildən bəri biz strateji,dərrakəli və praqmatik siyasət həyata keçiririk və bunun son məqsədi ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir “

75

Another advertisement

“2012-ci ildən bəri biz strateji, səbirli, dərrakəli və praqmatik siyasət həyata keçiririk və bunun son məqsədi ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir ,” – QafqazTürk xəbər verir ki, bu haqda baş nazir İrakli Ğaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

Ğaribaşvilinin fikrincə,  ölkəni birləşməyə aparan məhz dərrakəli  siyasətdir ki, bu da hamının məqsədi və arzusudur.

“Biz, kiçik bir ölkə, belə çətinliklərlə, torpaqlarımızın 20 faiz işğal olunub və torpaqlarımızda rus ordusu dayanıb. Hələ də belə problemlərimiz var. Sovet İttifaqının dağılandan bəri bir çox müharibə, bəlalar, vətəndaş müharibələri, daxili müharibələr yaşadıq. İnsanlar nəfəs ala bilmirdi, müstəqilliyimizi bərpa etdiyimizdən bəri yeganə dinc dövr indikidir.

2012-ci ildən bəri biz ölkəmiz və xalqımız üçün lazım olan milli maraqları və siyasəti həyata keçiririk. Bu, son məqsədi ölkəmizi birləşdirmək olan strateji səbir, dərrakəli və praqmatik siyasətidir. Bu strateji səbir siyasəti, dərrakəli və praqmatik siyasət ölkənin birləşməsinə gətirib çıxaracaq. Bu, mənim, sizin, inanıram ki, hər kəsin məqsədi və arzusudur”, – deyə İrakli Ğaribaşvili bildirib.

Sonrakı yazı
Ermənistan təyyarəsinə Dubaya eniş icazəsi verilməyib
Öncəki yazı
Gürcüstan baş naziri Rusiyadan birbaşa reyslərin təyin edilməsi və vizasız rejimin qəbul edilməsinə necə münasibət verdi?