“Araşdırmalar nəticəsində birmənalı şəkildə deyə bilərik ki, bu gün “Zolotaya Korona”nın hansısa sanksiyaya məruz qalan şəxslə əlaqəsi təsdiqini tapmayıb. Nəticədə “Zolotaya Korona”nın xidmətləri tam bərpa olunub”.
QafqazTürk Media xəbər verir ki, bu barədə bank assosiasiyasının rəhbəri Aleksandre Dzneladze bildirib.
Onun sözlərinə görə, artıq qeyd olunan sistem vasitəsilə Gürcüstandan Rusiyaya və əksinə pul köçürmələri mümkündür.
“Zolotaya Korona-nın xidmətləri müvəqqəti olaraq dayandırılmışdı, çünki bank və maliyyə sektoru “Zolotaya Korona”nın beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaya məruz qalan digər qurumlarla münasibətlərini tam aydınlaşdırırdı. Araşdırmalar nəticəsində birmənalı olaraq deyə bilərik ki, bu gün “Zolotaya Korona”nın hansısa sanksiyaya məruz qalan şəxslə əlaqəsi təsdiqlənmir. Nəticədə onun xidmətləri tam bərpa olunub”, – Dzneladze bildirib.
Xatırladırıq ki, həftəsonu bir neçə Gürcüstan bankı, o cümlədən “Bank of Georgia” və “TBC” “Zolotaya Korona” ilə əməkdaşlığı dayandırıb. Sözügedən səbəb Amerikanın şirkətə tətbiq etdiyi sanksiyalar olub. Gürcüstanda Unistream və Contact Rusiya pul köçürmə sistemlərinin fəaliyyəti dayandırılıb. Unistream 2023-cü ilin sentyabrından, Contact isə 2024-cü ilin martından Gürcüstana pul köçürmələrini dayandırıb.