Balkanlarda istilər yanğınlara səbəb olub  

35

Şimali Makedoniyada Skopyeyə yaxın ərazilərdə meşə yanğınları yayılıb, bir neçə ev yanıb. Regionda 12 aktiv yanğın ocağı var. Xilasedicilərə çex və serb yanğınsöndürənlər də kömək edir.

Bolqarıstanın Kazarevo kəndində yanğınlara nəzarət mümkün deyil, yaşayış evləri məhv olub. Yerli sakinlər və könüllülər də müdaxiləyə qoşulub.

Türkiyədə isə temperatur 50°C-i keçib. İsti səbəbindən bir neçə bölgədə meşə yanğınları baş verib. Əhaliyə kölgədə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
30 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Torpaq sahəsini ələ keçirməkdə ittiham olunan şəxslər saxlanılıblar