• 24 Fevral 2025 00:31

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

“Bal ayı” faciəyə çevrilib: Kişi həyat yoldaşını qətlə yetirib

ByTürkan Şahverdova

Fev 15, 2025
Another advertisement

Tennessi ştatında bir kişi bal ayında arvadını öldürdüyü üçün həbs cəzasına məhkum edilib.

Bu barədə xarici mətbuat yazır.

Nəşrin məlumatına görə, həmin şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

“Həyat üçün təhlükəli xəsarətlər yetirdikdən sonra kişi arvadını otaqda tək qoyaraq cinayət yerindən qaçıb. Onun cəsədi bir neçə saat sonra aşkar edilib”, – məlumatda bildirilir.

Təqsirləndirilən şəxs ölkədən qaçmağa cəhd etsə də, kəndlərin birində polis tərəfindən yaxalanıb.

Sonradan məlum olub ki, cütlük bal ayı üçün Fici adalarına gəlib. Qətldən bir qədər əvvəl yerli sakinlər cütlüyün mübahisəsini eşidiblər.