This is a specific ad

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

10

Another advertisement

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Türk Dünyası II Meteorologiya Forumu keçirilir.

QafqazTürk.com xəbər verir ki, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edirlər.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə əlaqədar erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forum BMT-nin İnkişaf Proqramının dəstəyi ilə baş tutur.

Xatırladaq ki, birinci forum iki il bundan əvvəl Türkiyənin Ankara şəhərində keçirilib.

Report

Kateqoriya: Dünya
Sonrakı yazı
Qidamız saçımıza necə təsir edir – Diyetoloqdan məsləhət
Öncəki yazı
Zurabaşvilidən qalmaqala səbəb olan açıqlama:”Gürcüstan Çindən üzr istəyib”