Bakıda orta məktəbdə qazanxanada partlayış olub.
QafqazTürk Media xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
Məlumata əsasən, şağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Yanıq Mərkəzinə təxliyə olunub.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.
Qeyd edilib ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.