Duşetidə bəy öz toyunda bıçaqlanıb.
Qafqaztürk.com xəbər verir ki, mövcud məlumata görə, toyda soyuq silahla yaralanan bəy də daxil olmaqla üç nəfər xəstəxanaya yerləşdirilib.
Yaralılardan biri Telavi referal xəstəxanasına, digəri isə Kambaraşvili klinikasına, üçüncü yaralı isə Tbilisi xəstəxanalarından birinə köçürülüb.
Zərərçəkmişlərə çoxsaylı bədən xəsarətləri yetirilib. Həkimlərin sözlərinə görə, indiki mərhələdə onların heç birinin təhlükəsi yoxdur.
Hadisə bir neçə gün əvvəl Omalo kəndində baş verib. Bıçaqlanmadan əvvəl gənclər arasında mübahisə yaranıb.
“Bildiyimiz kimi, müxtəlif süfrələrdən olan gənclər sərxoş vəziyyətdə toya gəliblər, daha sonra şifahi, sonra isə fiziki qarşıdurma olub. Bu dava zamanı xəstəxanada olan bəy də daxil olmaqla 3 nəfər yaralanıb. Bu, hadisə anlaşılmazlıq ucbatından baş verib”, – deyə yerli sakinlər bildirib.
Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır zərər vurma və qrup zorakılığı maddələri ilə araşdırma aparılır.