This is a specific ad

Bəşəriyyət yeni təhlükə ilə üz-üzədir: Plastik tullantılar dünyamızı zəbt edir 

20

Another advertisement

Elə tullantılar var ki, min illər keçsə də təbiətdə yox olmur. Bu cür tullantıların vurduğu ziyan dünyanın ekoloji tarazlığının pozulmasında böyük rol oynayır. Ucuzluğuna görə bir çox məhsulda istifadə olunan plastik tullantılar arasında  təbiətə ən çox ziyan vuran maddələrdən biridir.  

Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə Hind okeanındadır. 

Plastik istehlakın bir hissəsini əhatə edən plastik butulkalar, içindəki su istifadə  edildikdən sonra tullantı kimi atılır. Plastik butulkalar isə tərkibindəki zərərli maddələr səbəbindən torpağı və qrunt sularını zəhərləyə bilər. Bu zəhərlənmə həm canlılara, həm də tərəvəz və meyvələrə təsir edə bilər. Bundan əlavə, bəzi plastik butulkalar okeanlara daxil ola olurlar. Ellen MacArthur Fondunun Dünya İqtisadi Forumu ilə birlikdə irəli sürdüyü ortaq bir hesabata görə 2050 – ci ildə okeanlarda balıqlardan daha çox plastiklər olacaq .Okeanlara atılan plastiklər dəniz canlıları tərəfindən qida kimi istifadə  edilir və insanlar dəniz məhsullarını qida kimi istifadə edəndə isə  təbiətə atdığımız plastiklər insan orqaniziminə daxil olur.  

Bəs hamımızın ortaq evi olan yer kürəsini necə plastiklərdən necə qurtara bilərik?

Cavab çox sadədir, gündəlik vərdişlərimizi dəyişməklə. Məsələn su içmək üçün plastik butulkalar əvəzinə  çox istifadəli dəmir və şüşə su qabları istifadə etməliyik. Qeyd edək ki, plastiklər bir neçə təkrar emaldan sonra artıq emal oluna bilmir. Ancaq şüşə və dəmir həmişə yenidən təkrar olunur. 

Biz də QafqazTürk mətbautı olaraq sizləri plastik su qabları əvəzinə çox müddətli istifadə olunan dəmir və ya  şüşə su qablarını istifadə etməyə dəvət edirik. Yaşıl seçim yaşıl düşüncəylə başlayır. Düşüncəmizi yaşıl edək ki, vərdişlərimiz yaşıllaşsın!

Sonrakı yazı
Levan Xabeişvili hökumətə qarşı bir sıra tələb irəli sürüb
Öncəki yazı
ISW: “Rusiya dindən silah kimi istifadə edir”