Bəşər Əsəd zəhərlənib – SƏBƏB

80

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərləyiblər.

Qafqaztürk Media xəbər verir ki, Rusiya KİV-ləri Suriya İnsan Haqları Müşahidə Qrupuna (SOHR) istinadən məlumat yayıb ki, Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd zəhərlənib.

Bildirilib ki, hazırda onun vəziyyəti stabildir. Əsəd sentyabrın 29-da Moskva ətrafındakı xəstəxanadan evə buraxılıb. Mənbəyə əsasən, O, xəstəxanada olduğu müddətdə yalnız qardaşı Mahir Əsəd və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Əzzama ona baş çəkə biliblər.

Məlumatda həmçinin qeyd olunur ki, əməliyyatı həyata keçirən tərəf rəsmi Moskvanı çətin vəziyyətdə qoymaq və hadisəni keçmiş prezidentə sui-qəsd kimi təqdim etməyi planlaşdırıb.

“Əməliyyatı həyata keçirən tərəf rəsmi Moskvanı pis vəziyyətdə qoymaq və onu keçmiş prezidentə sui-qəsddə ittiham etməyi planlaşdırıb. Suriya müdafiə naziri bu gün Moskovada səfərdədir. Hadisənin 2-3 gün ərzində baş verməsi şübhəlidir. Məncə Rus kəşfiyyatı özü bu addımı atıb. Əgər Əsəd ölsəydi, Suriya ilə əlaqələri daha sürətlə bərpa edəcəkdi.“ – Mənbədə qeyd edilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə məktəbəqədər təhsil müəssisələri üçün bilinqual proqram üzrə vakansiyalar elan olunub – MƏKTƏBLƏRİN SİYAHISI
Öncəki yazı
Qaqranın süqutundan 33 il keçir… ƏTRAFLI