Sakrebulo seçkiləri üçün bölüşdürülməmiş mandatların hissələndirilməsi qaydası dəyişir. “Seçki Məcəlləsi”nə müvafiq dəyişikliklər “Gürcü arzusu” parlament üzvlərinin- Qivi Mikanadze, Arçil Qorduladze, Aleksandre Tabatadze, Davit Matikaşvili, Rati İonatamişvili, Tornike Çeişvili, Aluda Quduşauri, Tengiz Şarmanaşvili və Quram Maçaraşvilinin təşəbbüsü ilə irəli sürülüb.
Mövcud qanuna əsasən, seçki dairəsi üzrə partiya siyahılarının aldığı mandatların cəmi mandatların ümumi sayından az olarsa, bölüşdürülməmiş mandatlardan bir mandat ilk növbədə ən yaxşı nəticə- 4% göstərən partiya siyahılarına verilir. Bundan sonra bölüşdürülməmiş mandatlar qalırsa, hər bir mandat ardıcıl olaraq ən azı bir mandat qazanmış və digərlərindən daha böyük balansa malik olan partiya siyahılarına bölünür.
Seçki qanunvericiliyinə nəzərdə tutulan dəyişikliklərlə bölüşdürülməmiş mandatlar olarsa, onlar ardıcıl olaraq daha yaxşı nəticə göstərən siyasi partiyalara veriləcək.