Bədbəxt hadisə: Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

53

Ötən gecə Rikotidə ölümlə nəticələnən yol qəzası baş verib. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 3 yaşlı uşaq ölüb.

Avtomobildə olan digər ailə üzvləri – ata, ana və 2 uşaq təcili yardım maşını ilə Xaşuridəki müxtəlif klinikalara aparılıb. Hazırda ananın vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yük maşınının sürücüsü saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlanılıb.

Hazırda Rikotidə nəqliyyatın hərəkəti bərpa olunub.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Motosiklet sürücüsü yol qəzasının qurbanı olub, bir nəfər isə…
Öncəki yazı
Marneulidə qanlı hadisə: Qarşıdurma bıçaqlanma ilə nəticələnib