• 12 Mart 2025 08:39

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bədbəxt hadisə: Batumidə iki azyaşlı uşaq xəndəyə düşərək dünyasını dəyişib

ByTürkan Şahverdova

Fev 15, 2025
Another advertisement

Batuminin “ Arzu şəhəri” ərazisində iki uşaq xəndəyə düşərək ölüb.

Məlumata görə, ölənlər 4 və 5 yaşlı uşaqlardır. İlkin məlumata görə, uşaqlar tikinti işləri aparılan ərazidə çuxura düşüb və onlar bir neçə saat axtarışda olublar.

Batumi meriyası da hadisə ilə bağlı məlumat yayıb.

“Qəza Batumi şəhərində baş verib, 188 saylı Xalvaşi prospektinin yanında. İki azyaşlı su ilə dolu çuxura düşüb, onları xilas etmək mümkün olmayıb.

Faciənin bu ağır anlarında mərhumların ailələrinə başsağlığı verir və dəstəyimizi bildiririk. Hadisənin təfərrüatları açılan istintaq çərçivəsində Acara Polis İdarəsi tərəfindən müəyyən ediləcək”, – deyə yayılan məlumatda bildirilir.