30 yaşlı kişi Tiriponi kanalında ölüb. Hadisə Qori bələdiyyəsinin Berşüeti kəndində baş verib.
Bu barədə yerli KİV məlumat yayıb.
“Oğlanın köməyə çağırdığını eşidiblər, amma kömək edə bilməyiblər. Bu kanal açıq axır, kənddə məhəccərlər olsa yaxşı olardı. Kanal meliorasiya ilə yaradılıb”, – yerli sakin bildirib.