Axalçixedə özəl uşaq bağçasında 2 yaşlı uşaq dünyasını dəyişib. Hadisə yerində məhkəmə-tibb ekspertləri işləyir.
Məlumatı “South Gateway” nəşri yayıb.
Azyaşlı uşaq təcridxanasına köçürülüb.
Onun ölüm səbəbi hələlik məlum deyil. Versiyalardan birinə görə, uşaq yatan zaman ona baş çəkməyə gələn baxıcı onu artıq ölü tapıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (116-cı) maddəsi ilə cinayət işi başlanıb.