Another advertisement
Saqarecoda keçmiş əri tərəfindən daşla döyülən 40 yaşlarında qadın klinikada dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, qətlə yetirilən qadının yaxınlarının sözlərinə görə, kişi 8 gün əvvəl keçmiş arvadını şiddətlə döyüb.
O, bir neçə gün klinikada müalicə olunsa da, onu xilas etmək mümkün olmayıb və bu gün dünyasını dəyişib.
“Dəhşətli hadisə baş verdi. O, həbsxanadan amnistiya ilə çıxdı, keçmiş həyat yoldaşını daim təhqir edirdi. Onların 2 məktəbli uşaqları var. Cinayətkar uşağı evdə görmək istəyib, deyib mümkünsə bayıra çıx, danışmaq istəyirəm və onun başına daşla vurub”- öldürülən qadının qohumu bildirib.