Another advertisement
Zuqdididə bədbəxt hadisə baş verib. Tsotne Dadiani küçəsində 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən fəhlə yıxılaraq ölüb.
QafqazTürk Media xəbər verir ki, dünyasını dəyişən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, kişi binada təmir işləri görərkən ayağı sürüşüb və hündürlükdən yıxılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.