Xonidə 3 azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. Məlumata görə, avtomobil körpüdən suya düşüb, 3 azyaşlı yerindəcə dünyasını dəyişib. Xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların vəziyyəti orta ağırdır.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.