This is a specific ad

Azərbaycanla quru sərhəddin açılması ilə əlaqədar “TBC Capital” açıqlama verib

542

Another advertisement

2024-cü ilin ilk doqquz ayı ərzində beynəlxalq ziyarətçilərin sayı illik 4,5% artımla 5 043 663 nəfərə çatıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə “TBS Capital” turizmin icmalında deyilir.

İcmala görə, 2024-cü ilin ilk doqquz ayında Gürcüstanın turizm sektoru 2019-cu illə müqayisədə 84% bərpa olunub. Eyni zamanda, Rusiya, Ermənistan və Ukrayna kimi qonşu ölkələr hələ də 2019-cu ilin göstəricilərindən geri qalır.

“İsrail və Yaxın Şərqə gəldikdə, onlar müvafiq olaraq 152% və 136%-ə çataraq güclü bərpa nümayiş etdirdilər.

Azərbaycan 14%-lə ən aşağı bərpa dərəcəsini qeyd etməkdə davam edir. Məhdud bərpanın əsas səbəbi Azərbaycanla sərhədin qismən bağlanmasıdır. Azərbaycan hökumətinin qərarına əsasən, pandemiya ilə bağlı məhdudiyyətlər hələ də qüvvədədir, lakin bu məhdudiyyətin aradan qaldırılmasının dəqiq tarixi məlum deyil”, – icmalda deyilir.

Sonrakı yazı
Beynəlxalq “Maarif” məktəblərinin Tbilisidəki nümayəndə heyəti Gürcüstan Azərbaycanlıları Konqresinin qonağı oldular
Öncəki yazı
“Livanda məqsədlərimizə çatanadək atəşkəs olmayacaq”-İsrael Katz