This is a specific ad

Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafında dini qurumların roluna dair müzakirə aparılıb

15

Another advertisement

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində  ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

QafqazTürk.com  xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.                                                  Bildirilir ki, görüşdə iki qurum arasında əməkdaşlığın aspektləri, Gürcüstandakı müsəlman icması ilə Azərbaycandakı gürcü pravoslav icmasının dini hüquqlarının müdafiəsi məsələləri və perspektivlər müzakirə olunub. Z.Vaşakmadze Gürcüstanda ənənəvi tolerant mühitin olduğunu vurğulayıb, qonaqları Gürcüstanın dini siyasətinin əsas istiqamətləri ilə tanış edib, dövlətin dini qurumlara, o cümlədən müsəlman icmasına göstərdiyi yardımlara diqqət çəkib.

R.Məmmədov dini qurumlarla fəal əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların dini və etnik kimliklərini qoruyub saxlamaları üçün hər cür şərait mövcuddur.

Tərəflər Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişafında dini qurumların rolu barədə də müzakirələr aparıblar. Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı səlahiyyətli səfir Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
111 vətəndaşa məxsus 10 108 695 lari dələduzluq yolu ilə ələ keçirilib – 5 nəfərə qarşı ittiham irəli sürülüb
Öncəki yazı
Beynəlxalq Hərəkət, Fizika və Rəqs Teatrları Festivalı bu il Marneuliyə səfər edəcək