This is a specific ad

Azərbaycanın Xarici İşlər Nazirliyi-Emmanuel Makron Qafqazda sülh prosesinə qərəzli münasibət bəsləyir

288

Another advertisement

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronu Cənubi Qafqazda sülh prosesinə qərəzli münasibətdə ittiham edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına görə, Emmanuel Makronun BMT Baş Assambleyasında çıxışı zamanı “Fransa Azərbaycanın Ermənistana təzyiqləri və Ermənistana qarşı ərazi iddiaları qarşısında Ermənistanın yanındadır” bəyanatları da Fransanın qərəzli mövqeyinin növbəti nümunəsidir.

“Ermənistanı revanşizmə hazırlayan və bu ölkənin genişmiqyaslı silahlandırılmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqdə ittiham etməsi qəbuledilməzdir. 30 ilə yaxın Azərbaycan ərazilərini işğal edən, bir milyona yaxın azərbaycanlını öz yurd-yuvasından didərgin salan, kütləvi qətllər və bəşəriyyətə qarşı cinayətlər törədən, 100 minlərlə azərbaycanlının geri qayıtmaq hüququna məhəl qoymayıb, azərbaycanlıların Ermənistan ərazisindən kütləvi surətdə deportasiya edilməsini göz ardı edib, Ermənistanı sülhsevər qurban ölkə kimi təqdim edən Fransanın siyasətinin nə qədər ədalətsiz olduğu görünür. Biz dünyanın bir çox yerlərində xarici siyasəti iflasa uğrayan Fransanın regionumuzda destruktiv fəaliyyətinə son qoymasını tələb edirik”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
“Güclü Gürcüstan” koalisiyasının seçki partiyası siyahısının tərkibi açıqlanıb
Öncəki yazı
“ლეიბორისტული პარტიის” საპარლამენტო სიის პირველი ათეული ცნობილია