This is a specific ad

Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub

352

Another advertisement

Azərbaycan paraatleti Səid Nəcəfzadə “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

QafqazTürk Media xəbər verir ki, T12 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma üzrə yarışda qüvvəsini sınayıb.

7,27 metr nəticə əldə edən S.Nəcəfzadə paralimpiya çempionu adına yiyələnib. S.Nəcəfzadə  argentinalı Fernando Vazquez (6.88m) və özbəkistanlı Doniyor Saliyevi (7.16m) üstələyərək Paralimpiya çempionu olub.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında dörd medal var (2 qızıl, 1 gümüş və 1 bürünc) və ümumi medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
Öncəki yazı
Avstraliya atom sualtı qayıqları üçün təlim proqramına başlayıb