Azərbaycanda karantin rejimi uzadıldı

109

Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının və onun yarada biləcəyi fəsadların qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin müddətini 2025-ci il aprelin 1-dək uzadıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə qərarı Azərbaycanın Baş Naziri Əli Əsədov imzalayıb.

Rəsmi sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il aprelin 1-i saat 06:00-dək uzadılır.

Bu o deməkdir ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədi bağlı qalır.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
“Mən prezident olaraq qalıram və fəaliyyətimi davam etdirirəm”-Salome Zurabişvili
Öncəki yazı
Qeyri-iş günləri ilə əlaqədar olaraq bu şəhərlərdə patrul polis idarəsinin xidmət mərkəzləri və məlumat mərkəzləri fəaliyyət göstərməyəcək