Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb

0

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.                                                          QafqazTürk.com xəbər verir ki, qurumdan verilən  məlumata görə, sənədi AVF-nin prezidenti Şahin Bağırov və Azərbaycanda  səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.

Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Kobaxidze Viktor Orbanla görüşəcək
Öncəki yazı
Avro-2024: Gürcüstan futbolçularına nə qədər pul veriləcək?