This is a specific ad

Azərbaycan və Ermənistan arasında mühüm sənəd imzalanıb

253

Another advertisement

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər başa çatıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası məlumat yayıb.

Məlumata əsasən, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Avroviziya 2025”in keçiriləcəyi şəhər məlum olub
Öncəki yazı
Bu ölkə ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunu sərtləşdiriləcək