Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizlə olan münasibətlərdən danışıb

50

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizlə olan münasibətlərdən danışıb.

“Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var”.

QafqazTürk Media xəbər verir ki, bu barədə prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlət başçısı bildirib:

“Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Marneulidə yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində 31 mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş konfrans keçirilib