Azərbaycan Prezidenti: Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması diasporun inkişafına böyük imkanlar yaradır

199

Another advertisement

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır.

QafqazTürk Media xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına müraciətində yer alıb.

Ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi vurğulayan dövlət başçısı, həmçinin bildirib:

Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür.

Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.

İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcək”.

Kateqoriya: Dünya
Sonrakı yazı
რა ინფორმაცია ვრცელდება ზუგდიდში მომხდარ შემზარავ დანაშაულზე – ბაბუა 9 წლის გოგონაზე რამდენიმე თვის განმავლობაში ძალადობდა
Öncəki yazı
Portuqaliya həbsxanasından bir Gürcüstan vətəndaşı da daxil olmaqla 5 məhbus qaçıb