This is a specific ad

Azərbaycan Gürcüstana polis attaşesi təyin edib

11

Another advertisement

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Faiq Quliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri, polis polkovniki Adil Bağırovu Vaxtanq Qomelauriyə təqdim edib.

Vaxtanq Qomelauri Adil Bağırovu polis attaşesi təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.

Məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsindəki intensiv əməkdaşlığın vacibliyini vurğulayıblar.

“Tərəflər həmçinin perspektivlər barədə də danışıblar və gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər”, – qurumun məlumatında bildirilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Bu tarixdən xroniki xəstəlikləri olan təqaüdçülər dərmanları pulsuz alacaqlar
Öncəki yazı
Hüquq-mühafizə orqanlarında çalışanların pensiyası 1000 lariyədək artacaq