This is a specific ad

Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyinin elan edildiyi bina

67

Another advertisement

Tbilisinin mərkəzi küçəsində – Rustaveli prospekti, 6 ünvanında yerləşən ağ divarlı bina iki yüz illik tarixə şahid olub. O vaxt Qafqaz Canişinliyinin binası adlandırılan bu tikilidə Azərbaycan, Gürcüstan və Ermənistanın dövlət müstəqilliyi elan edilib.

QafqazTürk.com xəbər verir ki,1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclasında Gürcü Milli Şurası Gürcüstanın müstəqilliyini elan edib. Seymin Azərbaycan nümayəndəliyi isə mayın 27-də fövqəladə iclas keçirərək müvəqqəti Milli Şura elan edib və M.Ə.Rəsulzadə Milli Şuranın sədri təyin edilib. Bir gün sonra, mayın 28-də isə Milli Şuranın 26 nəfərlik ilk iclasında 24 səslə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilib.

Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək Tbilisidə bu binada fəaliyyət göstərib. Binada o dövrün bir çox görkəmli şəxsiyyətləri, o cümlədən Azərbaycan mədəniyyəti və ədəbiyyatının görkəmli nümayəndələri Mirzə Fətəli Axundzadə və Abbasqulu ağa Bakıxanov işləyiblər.

Bu tarixi bina hazırda Tbilisi Milli Gənclər Sarayı adlanır. Burada müxtəlif dərnəklər fəaliyyət göstərir, başqa sözlə, gənclərin toplaşdığı bir məkana çevrilib.

Bina XIX əsrin əvvəllərində, daha dəqiq desək, 1802-ci ildə inşa edilib. İndiyə qədər tikilidə bir neçə dəfə yenidənqurma işləri aparılıb, 1807-ci ildə sökülərək yenisi ilə əvəzlənib. Tikili forma və infrastrukturuna görə Rusiya klassisizminin görkəmli nümunəsi sayılır.

Müxtəlif vaxtlarda təmir olunan binanın daxili kimi, xarici görünüşü də dəyişdirilib. 1818-ci ildə dağıdılan bina bu dəfə tam başqa formada, Braunmüller memari üslubunda yenidən tikilib. 1845-47-ci illərdə akademik, memar Nikolay Semyonovun rəhbərliyi ilə binada növbəti fundamental dəyişiklik baş tutub. 1865-ci ildə isə İsveç memarı Otto Simenson əsaslı rekonstruksiya işlərinə başlayıb və 1869-cu ildə bina hazırkı vəziyyətinə gətirilib.

1921-ci ildə SSRİ qurulanda Gürcüstan Sovet hökuməti də bu binada fəaliyyətə başlayıb. 1941-ci il mayın 2-dən etibarən Pioner və gənclərin sarayı kimi istifadəyə verilib. Bu tarixdən etibarən bina uşaqlar, gənclər üçün təhsil və əyləncə mərkəzinə çevrilib. Uşaqlar burada rəqs, aktyorluq kimi incəsənətin bir sıra sahələri üzrə dərslər alıblar. Hazırda da bina, 1941-ci ildə olduğu kimi, gənclərin toplandığı məkan kimi fəaliyyət göstərir.

 

Sonrakı yazı
საქართველოს პარლამენტმა პრეზიდენტის ვეტო დაძლია
Öncəki yazı
Parlament “xarici təsir” qanununa qoyulan vetonun ləğvini müzakirə edir