This is a specific ad

Azərbaycan Ermənistanı COP29-a dəvət edib

74

Another advertisement

Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda öz çıxışında deyib.

O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir.

Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”.

“İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır”, – H.Hacıyev vurğulayıb

Sonrakı yazı
“Microsoft”dakı nasazlıq “Windows”la işləyən 8,5 milyon cihaza təsir edib
Öncəki yazı
Bu ölkəyə artıq vizasız gediş-gəliş mümkün olacaq