Tbilisidə azyaşlıya qarşı təcavüz faktı üzrə 28 yaşlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları 1997-ci il təvəllüdlü N.Ç.-ni 13 yaşlı yeniyetməyə qarşı cinsi zorakılıq törətməkdə ittiham edərək həbs ediblər.
Məlumata əsasən, həmin şəxs törətdiyi cinayət əməlini şəxsi sosial şəbəkə hesabında da yayımlayıb.
Aparılan əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə cinayət işi açılıb. Nazirliyin açıqlamasında qeyd olunur ki, bu maddə ilə nəzərdə tutulan cəza 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbsdir.
Hadisə ilə bağlı istintaq davam etdirilir.