Another advertisement
Kedada yol qəzası baş verib.
QafqazTürk Media xəbər verir ki, hadisə nəticəsində bir azyaşlı uşaq dünyasını dəyişib, bir neçə nəfər isə yaralanıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb.
Əldə olan məlumata görə, avtomobil yoldan çıxaraq dərəyə düşüb. Avtomobilin sürücüsü həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı “Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozma” maddəsinin 276-cı maddəsi ilə araşdırma aparılır.