Azyaşlı qız ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb, vəziyyəti isə…

117

Xobi bələdiyyəsinin kəndlərindən birində azyaşlı qız ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

İlkin məlumata görə, hadisə ad günündə  baş verib. 16 yaşlı oğlan ov tüfəngi ilə atəş açıb və nəticədə onun əmisi qızı – azyaşlı qız xəsarət alıb.

Yaralı qız xəstəxanaya yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, azyaşlının vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən  verilən məlumata əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124-cü maddəsi (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) üzrə istintaq aparılır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
11 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Gürcüstanın hakimiyyəti İsrail–HƏMAS razılaşmasını alqışlayır – ƏTRAFLI