This is a specific ad

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunacaq

51

Another advertisement

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs edam cəzasına məhkum edilib.

QafqazTürk.com xəbər verir ki, Tehran şəhərinin İnqilab prokuroru Əli Salehi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs barəsində məhkəmə işinin bir hissəsinin yekunlaşdığını və ittiham aktı verildiyini deyib.

“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs barəsində “Azərbaycan Səfirliyinin binasında odlu silahla bu ölkənin bir vətəndaşını qəsdən öldürmə, silah-sursat, o cümlədən bir ədəd Kalaşniklov avtomatı və bir ədəd tapançanı qanunsuz əldə etmə, ümumi asayişin pozulması ilə bağlı ən ağır cəzanın verilməsinə dair vəsatət qaldırılıb və digər ittihamlar, o cümlədən Azərbaycan vətəndaşları olan səfirliyin üç əməkdaşına qəsdən xəsarət yetirmə” cinayət işi yekunlaşana qədər açıq saxlanılır”, – deyə o, bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə antiterror əməliyyatı – 20 nəfər saxlanıldı
Öncəki yazı
Gürcüstan və Azərbaycan arasında növbəti əməkdaşlıq