Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə prosesi başa çatdı

2

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində və Batumi şəhərindəki baş konsulluğunda səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

QafqazTürk.com xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 47 saylı seçki məntəqəsində Azərbaycan vətəndaşları yüksək fəallıq göstəriblər. Seçicilərin 89,04%-i səs verib. Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

Baş konsul Pərviz İsmayılzadə isə bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 57 saylı seçki məntəqəsində Batumidə müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə yüksək fəallıq göstəriblər. Seçicilərin 100%-i səsvermədə iştirak edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
აზერბაიჯანში რიგგარეშე საპრეზიდენტო არჩევნებში ხმის მიცემის პროცესი დასრულდა
Öncəki yazı
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatdı