This is a specific ad

Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb

41

Another advertisement

Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

QafqazTürk.com Azərbaycan mətbuatına istinadən xəbər verir ki, 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:

– Ümumvətəndaş pasportu,
– Diplomatik pasport, xidməti pasport.

Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkisinə hazırdır
Öncəki yazı
Şalva Papuaşvili: “Yeni baş nazir gələn həftə təsdiqlənəcək”