This is a specific ad

Azərbaycanın Gürcüstandakı səfirliyi BƏYANAT YAYIR

22

Another advertisement

Azərbaycanın Gürcüstandakı səfirliyi 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında keçiriləcək olan prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb.

Sözügedən bəyanatı təqdim edirik:

Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaqdır.
Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının seçki siyahısına əlavə olunmaları məqsədilə cari ilin 29 dekabr tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə müraciət etmələri xahiş olunur:

Telefon: +995 555 250 993, +995 32 224 30 04
Elektron poçt: consul_tbilisi@mission.mfa.gov.az

Azərbaycan Respublikası vətəndaşı seçki siyahısına əlavə edilməsi üçün, müraciət zamanı tam adını (adı, soyadı və ata adı), doğulduğu tarixi (gün, ay və il), qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatı Səfirliyə təqdim etməsi zəruridir“.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
დღეიდან, საქართველოში რეგისტრირებულისახმელეთო გადამზიდავები, ჩინეთთან პირდაპირი სატრანსპორტო ოპერაციების განხორციელებას შეძლებენ
Öncəki yazı
23 dekabra olan hava şəraiti – PROQNOZ