Another advertisement
Cari ilin birinci yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 45,446 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bankın məlumatına görə, builki göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə və ya 30,167 milyon dollar çoxdur, bu göstəriciyə əsasən isə Gürcüstana Azərbaycan investisiyalarının həcmi 15,447 milyon dollar təşkil edib.