Another advertisement
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunlayihəsi müzakirəyə çıxarılıb.
QafqazTürk.com xəbər verir ki, layihəyə əsasən, Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqların, humanitar yardım kimi gətirilən malların, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların gömrük rüsumundan azad edilməsi təklif olunur.
Eyni zamanda Azərbaycana idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir
Müzakirələrdən sonra qanunlayihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.