Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

1

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

QafqazTürk.com xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 77,97% olub.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə Bakı şəhərində yerləşən 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74% olub.

Qeyd edək ki, saat 17.00-a qədər respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib, seçici fəallığı 70,85% təşkil edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
საქართველომ სამთავრობო გეგმაში შეიტანა აზერბაიჯანთან „აბრეშუმის გზის“ საბაჟო პუნქტის მშენებლობა
Öncəki yazı
Gürcüstanda hava şarı yerə düşüb, ölənlər var – VİDEO