This is a specific ad

Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının görüşü olub

14

Another advertisement

Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində rəsmi səfərdədir.

QafqazTürk.com xəbər verir ki, səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

Milli Məclisdən bildirilib ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan nümayəndə heyətini salamlayaraq, dost və qardaş ölkələr arasındakı münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışaraq, əlaqələrin gücləndirilməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib. O, iki ölkənin parlamentləri arasında da möhkəm əməkdaşlığın mövcud olduğunu deyərək, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin bu əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini vurğulayıb. Dostluq qrupunun rəhbəri Milli Məclisin sədri Sahibə Qafarovanın bu səfərinin də münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da ölkələr arasındakı münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını deyib. O, qeyd edib ki, qardaşlıq və dostluq münasibətləri günbəgün möhkəmlənir və genişlənir. O, həmçinin, qanunverici orqanların da iki qardaş və dost ölkənin arasındakı əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyini qeyd edərək bu istiqamətdə görülən işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Cavanşir Paşazadə, Ağalar Vəliyev, Fazil Mustafa, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Kemal Çelik, Cantürk Alagöz, Orhan Erdem, Mehmet Şahin, Uğur Bayraktutan qardaş və dost ölkələr arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsindən, parlamentlərarası münasibətlərin daha da dərinləşməsindən və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirlərini ifadə ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Yaxın günlərdə gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Ərdoğan: “Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir”