This is a specific ad

Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına başlayıblar

111

Another advertisement

Bu gün, aprelin 23-də Azərbaycan və Ermənistanın rəsmi mənbələri sərhədin delimitasiyası prosesinin başlanması barədə məlumat yayıblar.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb”, – deyə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev müsahibəsində bildirib.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın da mətbuat xidməti analoji məlumat yayıb.

Söhbət Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun dörd kəndinin ərazisində sərhəd hissəsinin delimitasiyasından gedir.

Xatırladaq ki, ötən həftələrdə Azərbaycanın bu kəndlərin nəzarətinə qaytarılması barədə çağırışı həmin kəndlərin ətrafındakı erməni sakinlər arasında narazılıqla qarşılanmış, Baş nazir Nikol Paşinyan hökuməti də kəndlərin qaytarılmasına razılıq verdiyinə görə tənqidlərə məruz qalmışdı.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ge • Az24 აპრილს, მარნეულის მუნიციპალიტეტის კულტურის ცენტრთან არსებული საბავშვო–ვოკალური სტუდიის აღსაზრდელები, ლეგენდარული ანსამლი „მზიური“–ს შემოქმედებას გააცოცხლებენ და შეასრულებენ უკვდავ სიმღერებს მათი რეპერტუარიდან
Öncəki yazı
İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”