This is a specific ad

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində tədbir keçirilib

41

Another advertisement

Bu gün, dekabrın 23-də Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində “Heydər Əliyev ili”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbirdə müxtəlif sahələrdə çalışan və fərqlənən soydaşlarımız, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək bildirib ki, 2023-cü il Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar dünyanın bir sıra ölkələrində, eləcə də Gürcüstanda silsilə tədbirlər keçirilib. Sonra diplomat Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, dünya siyasi sistemindəki yüksək mövqeyi, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətləri, eləcə də bu ölkədə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dost və qonşu Gürcüstan ilə münasibətlərimiz də yeni müstəvidə inkişaf edib. Prezident İlham Əliyevin Heydər Əliyev strategiyasını uğurla davam etdirməsi nəticəsində iki ölkə arasındakı münasibətlərimiz Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Cənab səfir Azərbaycan dövlətinin Gürcüstandakı azərbaycanlılara göstərdiyi xüsusi diqqət və qayğıdan da danışıb. Bu gün Gürcüstanda minlərlə azərbaycanlı gəncinin Azərbaycan dövlətinin maliyyəsi hesabına ali təhsil aldıqlarını diqqətə çatdırıb. O, Gürcüstan azərbaycanlılarının Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrundakı fədakarlığından da bəhs edərək Birinci və İkinci Qarabağ müharibələrində onların da iştirak etdiyini və hər iki müharibədə 60 şəhidin olduğunu bildirib. Qeyd edib ki, Gürcüstandan olan şəhidlərin adları əbədiləşdiriləcək və onların xatirəsi daim uca tutulacaq!

Ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət münasibətlərinə toxunan F.Quliyev son 30 ildə əldə olunan nailiyyətləri də vurğulayıb.
Mədəni əlaqələrdən danışan diplomat deyib ki, əldə olunan razılığa əsasən Tbilisidə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub. Bu da mədəni əlaqələrin də yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Sonra “Heydər Əliyev ili” çərçivəsində fərqlənən ictimai- siyasi xadimlər, müəllim və jurnalistlər, Xüsusi Təşəkkürnamə ilə mükafatlandırılıblar.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da mükafatlandırılanlar sırasındadır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ელექტროენერგია საქართველოს უმსხვილესი საექსპორტო საქონლის TOP-10-ეულშია – საექსპორტო ქვეყნები
Öncəki yazı
რატომ ჰქვია მტკვარს მტკვარი? – საინტერესო ფაქტები ამიერკავკასიის უდიდეს მდინარეზე