Azərbaycan bayrağını öpən Türkiyə polisi mükafatlandırıldı

96

Sentyabrın 8-də Avropa çempionatının (AVRO 2024) seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan arasında keçirilən matç zamanı girişdə Azərbaycan bayrağına göstərdiyi ehtiramla sosial mediada diqqət çəkən polis əməkdaşı mükafatlandırılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, Düzce valisi Səlçuq Aslan 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Ermənistan matçı öncəsi nümunəvi davranışına görə Düzce Polis Şöbəsinin əməkdaşı Ramazan Şahini ofisində qəbul edib.

Vali Ramazan Şahinə sertifikat təqdim edib və həssas davranışına görə təşəkkür edib. 

Qeyd edək ki, yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzini öpərək böyük etimadını göstərib. Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Xarici ölkədən Gürcüstana gələn şəxs evində 1 il əvvəl ölmüş şəxsin cəsədi ilə qarşılaşıb
Öncəki yazı
კორეაში გამართულ საერთაშორისო ღვინის ფესტივალზე, საქართველო საპატიო სტუმრის სტატუსით მონაწილეობდა