This is a specific ad

AZAL- ın qəzaya uğrayan təyyarəsi haqda məlumat yenilənib

107

Another advertisement

“Azərbaycan Hava Yolları”na məxsus olan, Qazaxıstanda qəzaya uğrayan təyyarədə 28 nəfər sağ qalıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Xəstəxanaya ümumilikdə 28 nəfər köçürülüb, onlardan ikisi uşaqdır. Doqquz nəfərin vəziyyəti ağırdır”, – Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Qazaxıstan prezidenti Kassim-Jomart Tokayev təyyarə qəzasının səbəblərini araşdırmaq üçün dövlət komissiyasının yaradılması barədə göstəriş verib.

“Azərbaycan Hava Yolları” nın verdiyi məlumata görə, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Embraer 190” təyyarəsi Bakıdan Qroznıya uçurmuş, lakin duman səbəbindən marşrutu dəyişdirilib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olub, onlardan 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşıdır.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Türkiyənin Ümraniyyə şəhərində, yaşayış binasında partlayış baş verib
Öncəki yazı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mixail Kavelaşvilini təbrik edib