This is a specific ad

AZAL-ın qəzaya uğramış təyyarəsinin dekodlaşdırılması başa çatıb-Nə baş verir?

31

Another advertisement

Qazaxıstanda baş verən təyyarə qəzasından 2 həftə keçir. Braziliyanın Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) qəzaya uğramış təyyarənin qara qutusunun dekodlaşdırılmasını başa çatdırıb.

Yerli KİV-in məlumatına görə, məlumatlar beynəlxalq protokollara uyğun olaraq artıq Qazaxıstanın istintaq orqanlarına ötürülüb.

Araşdırmanın nəticələri Qazaxıstan tərəfindən təhlil edilərək dərc olunacaq.

Qara qutunun deşifrə edilməsi prosesinə Qazaxıstan, Azərbaycan və Rusiyadan olan nümayəndələr qatılıb.

Qazaxıstan hökumət komissiyası 30 gün ərzində araşdırmanın ilk nəticələrini dərc edəcək.

Məlumat üçün bildirək ki, Qroznıda pilotla hava hərəkətini idarə edən operator arasında söhbətin stenoqramı açıqlanıb. Məlum olub ki, uçuş zamanı pilotun naviqasiya sisteminin siqnalında nasazlıq yaranıb və bu siqnalın Ukrayna dronlarının  hücum təhlükəsi səbəbindən Rusiya hərbçiləri tərəfindən sıxışdırıldığı iddia edilib. Pilot Qroznıya enməyə cəhd edərkən idarəetmə panelindəki GPS sistemi söndürülüb.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
“Oskar” namizədlərinin adlarının açıqlanmasının vaxtı dəyişdi – SƏBƏB
Öncəki yazı
Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib