This is a specific ad

Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü

24

Another advertisement

Latviyada azərbaycanlı tələbə Həşimli Mircavad Mirvardər oğlu müəmmalı şəkildə vəfat edib.

Qafqaztürk xəbər verir ki, bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsi onun Latviyada göldə boğulduğu bildirilib.

Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib.Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb və daha sonra yaşadığı evi tərk edib. Bir neçə saat sonra onun suda boğulması barədə məlumat gəlib. Ailəsi Mircavadın telefonunun onun boğulduğu deyilən ərazidən təxminən 5 kilometr uzaq məsafədən tapıldığını deyib.

Bildirilir ki, ziyalı ailəsindən olan və bir neçə xarici dil bilən Mircavad Həşimli ali təhsilini ADA Universitetində fransız dilində alıb. O, daha sonra təhsilini davam etdirmək üçün Latviyaya gedib.

Kateqoriya: Region
Sonrakı yazı
Berlin müharibə başlayandan bəri Kiyevə ən böyük yardım paketini hazırlayır – ƏTRAFLI
Öncəki yazı
Biznes Assosiasiyasının (BAG) məlumatına görə, Milli İcra Bürosu vətəndaşlara alqı- satqı, icarə müqavilələrinin qeydiyyatı üçün yeni xidmət təklif edəcək