Another advertisement
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.
Məlumatda deyilir:
“Bu gün baş direktorumuz Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini cənab Aqil Qurbanov “Baykar” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında pilotsuz uçuş aparat sistemlərinin birgə istehsalına dair protokol imzalayıb.
Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant cənab Ramiz Tahirov da iştirak edib. Təbrik edirik“.