Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edəcək

61

2025-ci il iyulun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Gürcüstana gələcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək. O, həmçinin Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlament sədri Şalva Papuaşvili ilə də görüşlər keçirəcək.

Nazir Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların memorialını ziyarət edəcək və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq.

Bundan əlavə, iyulun 21-də Tbilisidə Gürcüstan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında, nazir müavinləri səviyyəsində, növbəti siyasi məsləhətləşmələr raundu keçirilir.

Sonrakı yazı
Zelenski 16 yeni səfir təyin edib
Öncəki yazı
Baş nazir İrakli Kobaxidze Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanla görüşüb