• 21 Fevral 2025 22:49

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Azərbaycanın nəqliyyat rəsmiləri sabah Gürcüstanda olacaqlar: Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur?

ByTürkan Şahverdova

Fev 17, 2025
Another advertisement

Sabah, fevralın 18-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Gürcüstana rəsmi səfər edəcəklər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşü planlaşdırılır.

Tbilisidə keçiriləcək görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, regional tranzit marşrutlarının inkişafı və strateji infrastruktur layihələrinin müzakirə ediləcəyi gözlənilir.

Bütün bunlarla yanaşı, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı da müzakirə olunacaq.