Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə məktəb şagirdləri Tbilisidə ekskursiyada olublar

85

Gürcüstandaki Səfirliyinin dəstəyi ilə Marneuli bələdiyyəsinin Hallavar kənd orta məktəbinin şagirdləri Tbilisi şəhərinə ekskursiyaya aparılıb.

Səfər çərçivəsində ilk olaraq Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, ardınca isə Azərbaycanın mədəni irsini əks etdirən parklar və muzeylərlə tanışlıq baş tutub. Bu ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də yaddaqalan bir təcrübə olub.

Hallavar kənd orta məktəbinin müəllimi kimi, Ramilə Babakişiyeva, məktəbin direktoru, müəllim kollektivi və bütün şagirdlər adından Gürcüstandakı Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyevə və Səfirlik əməktaşlarına dərin minnətdarlığını bildirir. O, qeyd edir ki, belə təşəbbüslər gənc nəslin milli kimliyini, tarixi və mədəni irsini daha yaxından tanımasına şərait yaradır.

Bir daha bu dəyərli imkan üçün təşəkkür edirik!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Yaşayış binasında baş verən yanğın ölümlə nəticələnib
Öncəki yazı
İsraildə fövqəladə vəziyyət ləğv edilib